İmişli sakini dəm qazından zəhərlənib
İmişli rayonunda yeniyetmə dəm qazından zəhərlənib.
"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib.
Zəhərlənən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.