Füzulidə yeni beton kanallar çəkilir - FOTO

Füzulidə yeni beton kanallar çəkilir - FOTO

Füzuli rayonunda əkin sahələrininin suvarma suyu ilə təminatı, o cümlədən su itkisinin minimuma endirilməsi istiqamətində mütəmadi işlər davam edir.

Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən kanallar lildən təmizlənir, beton üzlüyə alınır və yeni nov kanallar çəkilir. Suvarma üçün balansda olan 54 ədəd nasos stansiyadan, 745 kilometr uzunluqda olan suvarma arx və kanallardan istifadə edilir.

Bu il istismar tədbirləri planına uyğun olaraq 324 kilometr uzunluqda lildən təmizlənməsi planlaşdırılıb, hazıra 68 kilometr hissə lildən təmizlənib.

Bundan başqa, 626 kilometr uzunluğunda nasos stansiyalarının qapalı şəbəkəsində cari təmirə ehtiyacı olan boru kəmərləri və üzərindəki hidro-texniki qurğular təmir olunaraq işlək vəziyyətə gətirilib.

Bu il ümumi uzunluğu 261 kilometr olan kollektor-drenaj şəbəkəsinin 40 kilometrinin də lildən təmizlənməsi nəzərdə tutulub. Artıq şəbəkənin 13 kilometrdən artıq hissəsi lildən təmizlənib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Birxeber-ə bildirib ki, Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il əsaslı təmir işləri çərçivəsində torpaq məcralı kanallar beton kanallarla əvəzlənib.

Bu kanallardan biri də Qurultay kanalıdır. Həmin kanalın 1000 metri ötən il betonlanıb. Növbəti illərdə də həmin kanalın yerdə qalan hissəsi beton üzlüyə alınacaq. Bunun nəticəsində 600 hektar əkin sahələrinin su təminatı yaxşılaşacaq.

Bundan başqa, idarənin balansında olan bir aqreqatlı “Haramı-16” nasos stansiyası da əsaslı təmir olunub. Nasos stansiyası vasitəsilə 118 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub.

İdarənin balansında olan 181 ədəd subartezian quyusundan suvarma mövsümünün təşkili məqsədi ilə indiyə kimi 3-ündə cari təmir işləri aparılaraq saz vəziyyətə gətirilib.

Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsi rayon ərazisində 27200 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Bu sahələrdə hər il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir.

Birxeber
QARABAĞ QARABAĞ
Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozdu

Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozdu

QARABAĞ QARABAĞ
Füzulidə yeni beton kanallar çəkilir - FOTO

Füzulidə yeni beton kanallar çəkilir - FOTO

QARABAĞ QARABAĞ
ABŞ-ın Ermənistandakı səfirliyi: "Endryu Şofer Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə müşaviridir"

ABŞ-ın Ermənistandakı səfirliyi: "Endryu Şofer Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə müşaviridir"

QARABAĞ QARABAĞ
Şafkat Sabirov: “Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını göstərir”

Şafkat Sabirov: “Gəncəyə endirilmiş raket zərbələrinin yerləri müharibənin amansızlığını göstərir”

QARABAĞ QARABAĞ
Gürcüstanın mədəniyyət xadimləri Şuşaya gediblər

Gürcüstanın mədəniyyət xadimləri Şuşaya gediblər

QARABAĞ QARABAĞ
“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib

“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib

QARABAĞ QARABAĞ
KazTAG-ın təsisçisi: “Azərbaycan Qarabağın bərpası üzərində fəal iş aparır”

KazTAG-ın təsisçisi: “Azərbaycan Qarabağın bərpası üzərində fəal iş aparır”

QARABAĞ QARABAĞ
Şuşada Zarıslı çayı üzərində su anbarı yaradılır

Şuşada Zarıslı çayı üzərində su anbarı yaradılır

QARABAĞ QARABAĞ
Gürcü psixoloq: "İşğaldan azad edilmiş ərazilərdə dağıntıları görmək çox kədərlidir"

Gürcü psixoloq: "İşğaldan azad edilmiş ərazilərdə dağıntıları görmək çox kədərlidir"

QARABAĞ QARABAĞ
Milli Məclisin Şuşada keçiriləcək növbəti komitə iclasının vaxtı məlum olub

Milli Məclisin Şuşada keçiriləcək növbəti komitə iclasının vaxtı məlum olub

QARABAĞ QARABAĞ
Azərbaycan Prezidenti: "Ermənistan 30 il ekoloji terror törədib"

Azərbaycan Prezidenti: "Ermənistan 30 il ekoloji terror törədib"

QARABAĞ QARABAĞ
Fərid Şəfiyev: "Əsas hədəfimiz məcburi köçkünləri Qarabağda və azad edilən digər ərazilərdə yerləşdirməkdir"

Fərid Şəfiyev: "Əsas hədəfimiz məcburi köçkünləri Qarabağda və azad edilən digər ərazilərdə yerləşdirməkdir"