XİN: Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır

XİN: Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır

Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

Bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb.

2020-ci ilin noyabr ayından indiyədək mina partlayışlarında 346 azərbaycanlı qurban olub.