Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Birxeber.Az"un Gəncə bürosuna verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının Mingəçevir su anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayon Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul T.Atakişiyev saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sentetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərək protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.