Türkiyə XİN rəhbəri: Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib

Türkiyə XİN rəhbəri: Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib

Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

O qeyd edib ki, bu işğalın qəbul edilməsi demək deyil, sadəcə atəşkəs və işğal faktorunu bir-birindən ayırmağın da zamanıdır. Nazirin sözlərinə görə, Ukraynadakı müharibə artıq davam edilə bilməyəcək səviyyəyə çatıb.