Ağdamda minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır

Ağdamda minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır

Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə “Birxeber.Az”un Qarabağ Bürosuna yaralının yaxınları məlumat verib.

Qeyd olunub ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 3 - də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.