Zelenski Şoltsla Ukraynanın HHM-nin gücləndirilməsini müzakirə edib

Zelenski Şoltsla Ukraynanın HHM-nin gücləndirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Zelenski Şoltsu cəbhədəki mövcud durum və ukraynalı hərbçilərin əsas ehtiyacları barədə bilgiləndirib.

“Tərəflər gələcək müdafiə əməkdaşlığını, xüsusən səmanı Rusiyanın hava terrorundan qorumaq üçün Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsini, Ukrayna müdafiəçilərinin artilleriya və zirehli texnika ilə təmin olunmasını ətraflı müzakirə ediblər”, – mətbuat xidməti diqqətə çatdırıb.

Eyni zamanda, Ukraynanın dövlət başçısı və Almaniya kansleri Kiyevə Aİ-dən makromaliyyə yardımının göstərilməsinin zəruriliyini də müzakirə ediblər.

Bundan əlavə, liderlər yaxın gələcəkdə Ukrayna və Almaniya arasında təhlükəsizlik zəmanətləri və ikitərəfli siyasi dialoq haqqında sazişin hazırlanması məsələsini nəzərdən keçiriblər.