Olimpiya Təsnifat Turnirində Azərbaycan boksçularının rəqibləri bəlli olub

Olimpiya Təsnifat Turnirində Azərbaycan boksçularının rəqibləri bəlli olub

İtaliyanın Busto Arsizio şəhərində keçiriləcək boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

"Birxeber.Az"un məlumatına görə, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Bu gün start götürəcək yarışın birinci günündə yığmamızın heyətində Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulacaq. İkiqat Avropa çempionu Deepak Deepakı (Hindistan) sınağa çəkəcək.

Martın 12-dək “E-Work Arena”da təşkil olunacaq yarışda 113 ölkədən 602 boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına 49 (28 kişi, 21 qadın) lisenziya uğrunda döyüşəcək. Kişi idmançılarda 7, qadınlarda 4 çəki dərəcəsində yarımfinalçılar olimpiadaya vəsiqə əldə edəcək. Qadın boksçularda 57 kq-da finalçılar, 60 kq-da isə ilk 3 yerin sahibi Paris-2024-də iştirakını rəsmiləşdirəcək.

I Dünya Olimpiya Təsnifat Turniri
1/32 final

3 mart

Nicat Hüseynov (51 kq) – Deepak Deepak (Hindistan)

4 mart

Ümid Rüstəmov (57 kq) – Navvaf Alzahmi (BƏƏ)
Zeynəb Rəhimova (54 kq) – Fatma Zohra Hadjala (Əlcəzair)

5 mart

Tayfur Əliyev (63,5 kq) – Matias Amaya Lusiano (Argentina)
Sərxan Əliyev (71 kq) – Elabidine Amrouq Zine (Mərakeş)

6 mart

Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Nqoc Mai Hoanq (Vyetnam)

1/16 final

7 mart

Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Preedakamon Tintabthhai (Tailand)

8 mart

Marjona Savriyeva (50 kq) – Meylin Çala Susan (Ekvador)

Qeyd edək ki, yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) daha əvvəl Paris-2024-ə lisenziya qazanıblar.