Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib

Bülbülə qəsəbəsi ərazisində əl qumbarası, silah-sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı partladıcısız 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 36 kalibr tüfəng mərmisi, 8 ədəd 5x45 mm-lik kiçik çaplı mərmi və 1 ədəd MPT-3 ov tüfəngi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.