Meksika keçmiş vitse-prezidenti Ekvadora ekstradisiya etməyəcək

Meksika keçmiş vitse-prezidenti Ekvadora ekstradisiya etməyəcək

Meksika ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası Ekvadora ekstradisiya etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barcena “Radio Formula”ya müsahibəsində danışıb.

“Bu baş verə bilməz, çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozar. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq tələbini təhlil edirik”, - Barcena bildirib.

O əlavə edib ki, Meksika həmişə siyasi təqiblərdən qaçanlara qarşı qonaqpərvər olub.