Zelenski indiyədək Ukraynaya atılan raketlərin sayını açıqlayıb
Müharibənin başlanğıcından Rusiya Ukraynaya 4 700 raket atıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Frankofoniya ölkələrinin beynəlxalq təşkilatının iştirakçılarına
Dövlət başçısı videomüraciətində müharibəni dayandırmağa çağırış edib və Ukraynanın “sülh formulu”ndan danışıb:
“Yüzlərlə şəhərimiz sadəcə olaraq yandırılıb. Minlərlə insan ölüb. Yüz minlərlə insan Rusiyaya zorla deportasiya edilib. Milyonlarla insan müharibədən qaçmaq üçün Ukraynadan başqa ölkələrə gedib. Biz bunu dayandırmalıyıq. Biz Rusiyanın təcavüzünü dayandırmalıyıq. Sülhün qayıtması mümkündür. Amma o zaman mümkündür ki, dünyada hamı heç kimin bir gün də terrora layiq olmadığını başa düşsün”.