Rusiya XİN Zelenskinin sülh planları ilə bağlı açıqlamalarına münasibət bildirib

Rusiya XİN Zelenskinin sülh planları ilə bağlı açıqlamalarına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planlarını monopoliyaya almaq istəyini əks nəticəli adlandırıb.

“Report” xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

“Zelenskinin Qərbin dəstəyi ilə sülh yolu ilə nizamlanma planları hüququnu monopoliyaya almaq istəyi əks nəticə verir! Bu, qan tökülməsini uzatmaqdan başqa bir şey deyil”, - Miroşnik qeyd edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukraynaya danışıqlar platforması təklif edib. O, Ankaranın Zelenskinin 10 bəndlik sülh planını dəstəklədiyini vurğulayıb.

Türkiyə prezidentinin sözlərinə görə, hər iki tərəfin danışıqlarda iştirakı Ukraynada sülh təşəbbüslərinin uğur qazanması üçün zəruri şərtdir.