NİİM: Buraxılış imtahanının keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır

NİİM: Buraxılış imtahanının keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, Mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır. Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.