Fərid Qayıbov Rafael Fizievi qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafael Fizievi qəbul edib.
Nazirliyin Mətbuat Xidmətindən Birxeber-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.
Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımından önəmlidir.
Birxeber