Meksika Ekvadorun keçmiş vitse-prezidentinin ölkəsinə ekstradisiyasından imtina edib

Meksika Ekvadorun keçmiş vitse-prezidentinin ölkəsinə ekstradisiyasından imtina edib

Meksika səfirliyə sığınan keçmiş vitse-prezident Xorxe Qlası Ekvadora təhvil verməkdən imtina edib.

"Report"un məlumatına görə, bunu Meksikanın xarici işlər naziri Alisiya Barsena "Radio Formula"ya müsahibəsində deyib.

"Bunu etmək olmaz, çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozacaq. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq xahişini təhlil edirik", - A. Barsena deyib.

Nazirin sözlərinə görə, Meksika sığınacaq axtaranlar üçün həmişə çox qonaqpərvər ölkə olub. Xüsusən onlar siyasi təqiblərdən qaçarkən.