Premyer Liqa: Bu gün "Neftçi" - "Qarabağ" oyunu baş tutacaq

Premyer Liqa: Bu gün "Neftçi" - "Qarabağ" oyunu baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

"Birxeber.Az"un məlumatına görə, son olaraq iki oyun gerçəkləşəcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.

Azərbaycan Premyer Liqası
XXV tur
16:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”

Qeyd edək ki, daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.