Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda  İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb.

“Birxeber.Az” bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzhak “Bislamaç” briqadasının 450-ci batalyonunda piyada komandirləri üçün təlim keçiblər. Onlarn üçün də çavuşdur.

Mətbuat xidmətinin məlumatına görə, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan ölən əsgərlərin sayı 245-ə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan həlak olan İsrail əsgərlərinin ümumi sayı artıq 585nəfərə çatıb.