Yeni Zelandiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Yeni Zelandiyanın tərkib hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Hiks-Bey şəhərindən 675 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.