İslandiyada şəhəri vulkan püskürməsi təhlükəsi səbəbindən boşaldılıb

İslandiyada şəhəri vulkan püskürməsi təhlükəsi səbəbindən boşaldılıb

İslandiya hakimiyyəti ölkənin cənubundakı Reykyanes yarımadasında vulkan püskürməsi təhlükəsi ilə əlaqədar Qrindavik şəhərinin sakinlərini təxliyə edir.

"Report"un məlumatına görə, bu barədə polisə istinadən RUV milli televiziya şirkəti məlumat yayıb.

Daha əvvəl telekanal ölkənin meteoroloji xidmətinə istinadən məlumat verib ki, Syulinqarfel dağından bir kilometr şərqdə maqma axını yaranıb və bu ərazidə "güclü seysmik aktivliyə səbəb olub". Meteoroloji xidmət seysmik aktivliyin vulkan püskürməsi ehtimalını göstərdiyini bildirib.

"Qrindavikdə evakuasiya yaxşı gedir. Son günlər Qrindavikdə çox adam yoxdur və bu gün insanlar şəhərdə işləmir", - telekanal bildirir.

Kanal əlavə edib ki, evakuasiyanı mümkün qədər tez başa çatdırmaq üçün səylər göstərilir.