Rəisi: "İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir"

Rəisi: "İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir"

Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İran Prezidenti İbrahim Rəisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir. İ. Rəisi, həmçinin Fələstin məsələsinə toxunaraq, bütün dünyanın İsrailə təzyiq etməli olduğunu vurğulayıb.