Rusiya Odessada binaya zərbə endirib, 8 nəfər ölüb
Odessada Rusiyanın pilotsuz uçan aparatının vurduğu evin dağıntıları altından daha bir cəsəd tapılıb.
Birxeber.Az bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.
Hadisə nəticəsində ölənlərin sayı səkkizə çatıb.
"Rusiyanın çoxmərtəbəli binaya endirdiyi zərbə nəticəsində səkkizinci şəxsin meyiti dağıntılar altından tapılıb", - xilasedicilər bildirib.
Hazırda cəsədin binanın dağıntıları altından çıxarılması istiqamətində iş aparılır.