Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatını 17 medalla başa vurublar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın son günündə millinin gənc üzvü Amin Quliyev “Low kick” versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli A.Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.

Digər finalçılar – Nihad Tağızadə (Low kick, 51 kq), Amil Məmmədov (Full contact, 51 kq), Məhəmməd İmanov (Full contact, 57 kq) və Elvin Qasımov (K1, 51 kq) müvafiq olaraq Türkiyə kikboksinqçiləri Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksinq ustası, dünya və Avropa çempionu Eduard Məmmədovdur.

Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır.

Fərdi Fərdi
Voleybol Federasiyasının vitse-prezidenti: "Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun"

Voleybol Federasiyasının vitse-prezidenti: "Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun"

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Fərdi Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi olub

Fərdi Fərdi
Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Fərdi Fərdi
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 3 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 3 medal qazanıb

Fərdi Fərdi
Avropa çempionatı: Jalə Əliyeva finalda, Türkan Nəsirova və Elis Manolova "bürünc" üçün güləşəcək - YENİLƏNİB-2

Avropa çempionatı: Jalə Əliyeva finalda, Türkan Nəsirova və Elis Manolova "bürünc" üçün güləşəcək - YENİLƏNİB-2

Fərdi Fərdi
Avropa çempionatı: Stadnik mübarizəyə başlayır, dörd güləşçi medal uğrunda yarışacaq

Avropa çempionatı: Stadnik mübarizəyə başlayır, dörd güləşçi medal uğrunda yarışacaq

Fərdi Fərdi
EOC prezidenti: "Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi"

EOC prezidenti: "Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi"

Fərdi Fərdi
Azərbaycanın daha iki paraatleti Dünya Kubokunda medal qazanıb

Azərbaycanın daha iki paraatleti Dünya Kubokunda medal qazanıb

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Fərdi Fərdi
Federasiya prezidenti: "Əvvəl qızlar sumo adı eşidəndə qaçırdılar, indi özləri gəlirlər" - MÜSAHİBƏ

Federasiya prezidenti: "Əvvəl qızlar sumo adı eşidəndə qaçırdılar, indi özləri gəlirlər" - MÜSAHİBƏ