Azərbaycan və Moldova XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Moldova XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər - YENİLƏNİB

Martın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.

Bu barədə “Birxeber.Az”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.

16:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Moldova Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popsoi ilə görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli tərəfdaşlıq, o cümlədən regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.