Azərbaycanda yaşayış minimumu artırılır – MƏBLƏĞ

Azərbaycanda yaşayış minimumu artırılır – MƏBLƏĞ

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir. 


Birxeber.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. 
2021-ci ildə yaşayış minimumu 196 manat olub. 
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi. 


www.birxeber.az