Ceyhun Bayramov TDT-nin Baş katibi ilə əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov III Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib.

Görüşdə Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, TDT çərçivəsində genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiq olduğu vurğulanıb. Eyni zamanda, TDT-yə üzv dövlətlər arasında ümumi inkişaf potensialının yaradılması müzakirə olunub.