“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində medal qazana bilməyib.

“Birxeber.Az”un məlumatına görə, 20 yaşlı idmançı bürünc mükafat uğrunda mübarizədə məğlub olub.

O, Ukrayna təmsilçisi Mixaylo Svidraka uduzub. Nəticədə Rəcəbli fəxri kürsüyə qalxmaq şansını itirib.

Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) da uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar.

14:18

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda yarışacaq.

“Birxeber.Az”un məlumatına görə, 20 yaşlı idmançı finala yüksələ bilməyib.

Ardıcıl 4 rəqibini üstələyən cüdoçu yarımfinalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Mixaylo Svidrakla (Ukrayna) qarşılaşacaq.

Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar.