“Bavariya” klubu futbolçusu ilə müqaviləni yeniləyib

“Bavariya” klubu futbolçusu ilə müqaviləni yeniləyib

Almaniyanın “Bavariya” klubu futbolçusu Erik Dayerlə müqaviləni yeniləyib.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Münhen klubu 30 yaşlı müdafiəçinin sözləşməsinin 2025-ci ilin yayına qədər uzadılması variantını aktivləşdirib.

Dayer hazırda müqavilə ilə İngiltərə “Tottenhem”inə məxsusdur. Lakin onun londonlularla anlaşması mövsümün sonuna qədərdir. İngiltərə millisinin üzvü yayda azad agent kimi “Bavariya” ilə 1 illik sözləşmə bağlayacaq.

Qeyd edək ki, Erik Dayer Almaniya klubunun heyətində 7 oyun keçirib.