Odessaya PUA hücumu nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Odessaya PUA hücumu nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı dördə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasından bildirilib.

Qeyd olunub ki, xilasedicilər dağıntılar altından daha 1 meyit çıxarıblar.

Xilasetmə əməliyyatı hazırda davam etdirilir.

13:20

Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı üçə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasından bildirilib.

Qeyd olunub ki, xilasedicilər dağıntılar altından daha 1 meyit çıxarıblar.

Xilasetmə əməliyyatı hazırda davam etdirilir.

10:22

Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı artıb.

“Birxeber.Az” UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Qeyd edilib ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Xatırladaq ki, Rusiya ordusu PUA-larla gecə saatlarında Ukraynanın Odessa şəhərinə hücum edib.