İsmayıllı və Qəbələdə vətəndaşlardan sənədləri olmayan 16 tüfəng götürülüb

İsmayıllı və Qəbələdə vətəndaşlardan sənədləri olmayan 16 tüfəng götürülüb

İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda 3, Qəbələdə isə son 2 ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.