Gəncə Dövlət Filarmoniyasında "musiqi kimliyimiz" layihəsi davam edir

Gəncə Dövlət Filarmoniyasında "musiqi kimliyimiz" layihəsi davam edir

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Musiqi kimliyimiz" layihəsinin ikinci günü Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı təşkil olunub.

Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı uşaq musiqi məktəbinin sazçalanlar ansamblı, şagirdləri "Ələsgər gözəlləməsi", “Şirvan Gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş Müxəmməz”, "Paşaköçdü", “Koroğlu cəngisi”ni ifa ediblər.


Qeyd edək ki, 2 mart tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.