Gəncədə şəhid ailələrinə və müharibə əlillərinə 30 mənzil təqdim edilib

Gəncədə şəhid ailələrinə və müharibə əlillərinə 30 mənzil təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə yaşayış kompleksindəki tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.

Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

Vurğulanıb ki, 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və bunun da 1100-ə yaxını təqdim edilib.

Həmçinin qeyd edilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sosial müdafiə Sosial müdafiə
Şəhid ailələrinin üzvləri və müharibə veteranları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Şəhid ailələrinin üzvləri və müharibə veteranları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Sosial müdafiə Sosial müdafiə
Lələtəpə fatehinin borc öhdəlikləri qarşılanıb

Lələtəpə fatehinin borc öhdəlikləri qarşılanıb

Sosial müdafiə Sosial müdafiə
Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Sosial müdafiə Sosial müdafiə
Azərbaycan və Monteneqro arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan və Monteneqro arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Sosial müdafiə Sosial müdafiə
Bu gün onlayn satışa çıxarılan 1662 mənzildən 1106-sı bron edilib

Bu gün onlayn satışa çıxarılan 1662 mənzildən 1106-sı bron edilib

Sosial müdafiə Sosial müdafiə
Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur”

Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur”

Sosial müdafiə Sosial müdafiə
Avropa Sosial Şəbəkəsinin sədri: "Səhiyyə və sosial xidmətlər birləşdirilməlidir"

Avropa Sosial Şəbəkəsinin sədri: "Səhiyyə və sosial xidmətlər birləşdirilməlidir"

Sosial müdafiə Sosial müdafiə
Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb

Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb

Sosial müdafiə Sosial müdafiə
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilin yekunları ilə bağlı tədbir keçirib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilin yekunları ilə bağlı tədbir keçirib

Sosial müdafiə Sosial müdafiə
"Dövlət qurumları bu dəfə təbiətin sınağından üzüağ çıxdı" - RƏY

"Dövlət qurumları bu dəfə təbiətin sınağından üzüağ çıxdı" - RƏY

Sosial müdafiə Sosial müdafiə
“İşsizin dostu” proqramı işğaldan azad edilmiş ərazilərdə 50 nəfər işlə təmin edəcək

“İşsizin dostu” proqramı işğaldan azad edilmiş ərazilərdə 50 nəfər işlə təmin edəcək

Sosial müdafiə Sosial müdafiə
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI