“Latsio” 12 ildən sonra 3 qırmızı vərəqə alan ilk İtaliya klubu olub

“Latsio” 12 ildən sonra 3 qırmızı vərəqə alan ilk İtaliya klubu olub

“Latsio” 12 ildən sonra bir oyunda 3 qırmızı vərəqə alan ilk İtaliya klubu olub.

“Birxeber.Az”un məlumatına görə, bu, A Seriyasının XXVII turunda “Milan”la ev matçına təsadüf edib.

Romalıların heyətində qarşılaşmanın 57-ci dəqiqəsində Luka Pelleqrini, 90+5-ci dəqiqədə Adam Maruşiç, 90+7-ci dəqiqədə isə Matteo Qenduzi meydançadan qovulub. İtaliya çempionatında buna qədər axırıncı dəfə 2012-ci ilin noyabrında “Pelermo”nun 3 oyunçusu “Bolonya” (0:3) ilə görüşdə qırmızı vərəqə almışdı.

Qeyd edək ki, “Milan”a 0:1 hesabı ilə məğlub olan “Latsio” hazırda 40 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.