Polis “Qırmızı kitab”a düşmüş quşu satan şəxsi cəzalandırıb

Polis “Qırmızı kitab”a düşmüş quşu satan şəxsi cəzalandırıb

“Qırmızı kitab”a düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz tutub həyətində saxlayan və satışı ilə məşğul olan şəxs müəyyən edilib.

Bununla bağlı "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, qanunsuzluğa yol verən şəxs Hacıqabul rayonu Padar qəsəbəsində yaşayan Asif Emnalıyevdir.

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.