Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Kür çayının Qazax rayon 1-cı Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul A. Məmmədkərimov saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumlyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 105 ədəd xramulya ədəd balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.