Rafiq Mahmudov: Azərbaycanda ailə psixoloqu institutu yaradılmalıdır

Rafiq Mahmudov: Azərbaycanda ailə psixoloqu institutu yaradılmalıdır

“Azərbaycanda ailə psixoloqu institutunun yaradılması ailələrdə uşaq zorakılığı probleminin həlli istiqamətində atılan addımlardan biri ola bilər”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov jurnalist Həmid Həmidovun “Danışaq?” podkastının yeni buraxılışında deyib.

O bildirib ki, bu gün cəmiyyətdə ailə psixoloqu institutunun yaradılması üzərində işləyirlər. “Ailə həkimi varsa, deməli, ailə psixoloqu da olmalıdır”, - R.Mahmudov söyləyib.

R.Mahmudovun sözlərinə görə, erkən nikahlara qarşı mübarizə məqsədilə Dövlət Komitəsi müxtəlif ümumi tədbirlər təşkil edir.

“Müxtəlif rayonlarda, adətən, məktəblərdə və ya digər məkanlarda görüşlər keçiririk, bu görüşlərin nəticəsi müsbətdir. Görüşlərə böyüklər də gəlir”, - baş məsləhətçi sözlərinə əlavə edib.

Söhbət zamanı R.Mahmudov Əhmədovlar ailəsində baş verən faciə, gec nikahlar, gender bərabərsizliyi, selektiv abortla mübarizədə Koreya təcrübəsi və s. ilə bağlı fikirlərini də bölüşüb.