Ceyhun Bayramov Ermənistanı sülh prosesinə xələl gətirməməyə çağırıb

Ceyhun Bayramov Ermənistanı sülh prosesinə xələl gətirməməyə çağırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

APA xəbər verir ki, nazir bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı çağırış edib.

“Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir”, - deyə o bildirib.

Nazir regional və beynəlxalq hadisələr barədə danışdıqlarını da əlavə edib.