Prezident: Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Prezident: Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.

“Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, - deyə Prezident qeyd edib.