Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı Milli Parkın ərazisindəki Kiçik Körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov saxlanılıb.


Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır