Sankt-Peterburqa PUA hücumu olub

Sankt-Peterburqa PUA hücumu olub

Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib. Hadisə nəticəsində 2 yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.