“Qazprom” Şimal dənizindəki aktivlərini satır

“Qazprom” Şimal dənizindəki aktivlərini satır

“Qazprom International Limited” (Rusiya konserninin törəmə şirkəti) Şimal dənizindəki aktivlərinin satışı üçün rəqabətli prosedura başlayıb.

Birxeber.Az-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin saytında məlumat verilib.

Qeyd edilir ki, “Wintershall Noordzee B.V.” birgə müəssisəsində 50% payın satışı planlaşdırılır. Onlardan qaz Avropa İttifaqı bazarına spot müqavilələr əsasında verilir. Həmçinin “Gazprom International UK Limited” törəmə şirkətinin 100%-ni satmaq planlaşdırılır.