Odessa atəşə tutulub, ölən və yaralananlar var

Odessa atəşə tutulub, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiyanın zərbə dronları vasitəsilə həyata keçirdiyi hücumda bir nəfər ölüb, yeddi nəfər, o cümlədən bir uşaq yaralanıb. Üçyaşlı uşaq ayağında xəsarət alıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır.

Kiper qeyd edib ki, ərazidə axtarış-xilasetmə əməliyyat davam edir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Günün erkən və ya gecə saatlarındakı hücumlar əsasən İran istehsalı “Şahid” dronları ilə həyata keçirilir.