“Liverpul” azı bir neçə həftə əsas qapıçısız qalacaq

“Liverpul” azı bir neçə həftə əsas qapıçısız qalacaq

“Liverpul”un əsas qapıçısı Alisson Bekerin zədəsinin ciddi olduğunu ortaya çıxıb.

“Birxeber.Az” “Liverpool Echo”ya istinadən xəbər verir ki, bu barədə “qırmızılar”ın baş məşqçisi Yürgen Klopp söyləyib.

“Bizdə onun heç bir geri dönüş tarixi yoxdur, bu, ciddi əzələ zədəsidir. Qısamüddətli deyil. Bu, ciddi zədədir, lakin o bu mövsüm hələ oynayacaq”, – almaniyalı çalışdırıcı şərh verib.

Nəşrin yazdığına görə, Mersisayd təmsilçisinin 31 yaşlı futbolçusu azı 6 oyun buraxacaq. Bunların arasında “Mançester Siti”yə qarşı Premyer Liqa matçı, “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun 1/4 finalı, habelə Avropa Liqasının 1/8 final oyunları da mövcuddur.

Hazırda “qırmızılar”ın qapısını irlandiyalı Kuivin Kelleher qoruyur. 25 yaşlı qapıçı son oyunlarında, o cümlədən “Çelsi”yə qarşı final matçındakı uğurlu çıxışı ilə braziliyalı kiperin yoxluğunu unutdura bilib.