Britaniyalı general Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib

Britaniyalı general Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib.

“Birxeber.Az” “Politico”ya istinadən xəbər verir ki, o, bu gün Londonda keçirilən Beynəlxalq Zirehli Maşınlar Sərgisində bu barədə danışıb.

P. Sanders söyləyib ki, britaniyalılar Rusiya ilə müharibə olacağı təqdirdə orduda xidmət etməyə hazır olmalıdırlar.

Onun sözlərinə görə, bu ehtimal edilən ssenari ilə bağlı olaraq britaniyalıların şüurunda dəyişiklik olmalıdır.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Xatırladaq ki, NATO Soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.