Cəlilabadda iki avtomobil toqquşub, yaralılar var - FOTO - YENİLƏNİB

Cəlilabadda iki avtomobil toqquşub, yaralılar var - FOTO - YENİLƏNİB

Cəlilabad şəhərində baş verən yol qəzasında xəsarət alanların hazırkı vəziyyətləri açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından APA-nın cənub bürosuna verilən məlumata görə, saat 21:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1981-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, başın təpə nahiyəsinin cırılmış yarası, sağ tərəfli alnın və üzün sıyrılmış yaraları, hər iki yuxarı ətrafın sıyrıqları, qarının küt travması, 1974-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alının sol almacıq nahiyəsinin, çənə nahiyəsinin əzilmiş, cırılmış yaraları, 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə qarnın küt travması, qarnın daxili orqanlarının zədələnməsi diaqnozu təyin edilib.

1974-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

21.33

Cəlilabad rayonunda baş verən qəzada xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb. VAZ-21011 markalı minik avtomobili ilə "Chevrolet Cruz" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.