Qurban Qurbanov: Mən hər zaman komandada döyüşçü ruhunu qoruyub saxlamağın tərəfdarıyam - FOTO

Qurban Qurbanov: Mən hər zaman komandada döyüşçü ruhunu qoruyub saxlamağın tərəfdarıyam - FOTO

Xəbərə foto əlavə olunub.

***

21.30

Mənim güclü kollektivim, güclü futbolçularım var.

APA xəbər verir ki, bu sözləri "Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimatından sonra klubun Baş məşqçisi Qurban Qurbanov deyib.

"Hər oyundan öncə komandamın üzvlərinə izah edirəm ki, biz hansı adı təmsil edirik. Bu ad üçün neçə şəhid verilib, neçə-neçə can qurban gedib. Mən hər zaman bu komandada döyüşçü ruhunu qoruyub saxlamağın tərəfdarıyam. Necə ki cənab Ali Baş Komandan 44 günlük Vətən Müharibəsində bütün xalqın, bütün ordunun döyüş ruhunu qoruyub saxladı, onları Böyük Zəfərə apardı", - Baş məşqçi əlavə edib.

Qurban Qurbanov başda Bakı Media Mərkəzinin rəhbəsi Arzu Əliyeva olmaqla filmin bütün yaradıcı heyətinə təşəkkürünü ifadə edib.

Çıxış edən klubun Prezidenti Tahir Gözəl də öz növbəsində, film haqqında təəssüratlarını bölüşüb.

O, Qarabağın bundan sonrakı qələbələrə xalqın dəstəyi ilə gedəcəyini bildirib.

Tahir Gözəl daha sonra Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya klubun xatirə hədiyyəsini təqdim edib.