İsveçrə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə qoşulub

İsveçrə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə qoşulub

İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub.

“Report” xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.

“29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb.

Məhdudlaşdırıcı tədbirlər martın 1-də yerli vaxtla saat 18:00-dan qüvvəyə minib.

Xatırladaq ki, fevralın 21-də Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Qeyd edək ki, İsveçrə şirkətləri Ermənistan vasitəsilə Rusiyaya qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinirlər.