"Qarabağ"ın prezidenti: Bu film dünyada böyük mükafatlara layiq görülməlidir

"Qarabağ"ın prezidenti: Bu film dünyada böyük mükafatlara layiq görülməlidir

Qarabağ FK haqqında çəkilmiş film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir.

"Birxeber.Az"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filmi haqqında danışarkən deyib.

Funksioner filmin möhtəşəm alındığını söyləyib: "Belə əsərə görə emosiyalara qərq olmamaq mümkün deyil. Belə tarix və iradə harada var? Heç yerdə. Bombalar altından Avropanın fəthinə. Qarabağ hekayəsi Vətənin hekayəsi ilə paraleldir. İtirilmiş torpaqlar, yeni yaradılmış ölkə və möhtəşəm zəfərlər. "Qarabağ" ölkəyə, ölkə də "Qarabağ"a ilham verir. Hamısının başında cənab İlham Əliyev dayanıb. "Qarabağ"ın yaratdığı möcüzə bu filmdə də açıq-aydın göstərilib. Bu film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir. Möhtəşəm əsərdir. Futbol tarixinə, film dünyasına hədiyyədir. Bu olmaya bilərdi. Amma siz "Qarabağ"ın, Azərbaycanın yenilməz ruhunu əbədiləşdirdiniz. Artıq "Qarabağ"a gələcək yeni futbolçulara bu filmi göstərəcəyik".

Xatırladaq ki, Bakıda "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirilib.