Ərdoğan Orbanla müdafiə sahəsini müzakirə edib

Ərdoğan Orbanla müdafiə sahəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına hücumları, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib”, – agentlik qeyd edib

Ərdoğanın sözlərinə görə, “Türkiyə ilə Macarıstan arasında əlaqələr bir çox sahələrdə – enerjidən nəqliyyata, iqtisadiyyatdan müdafiə sənayesinədək möhkəmlənməyə davam edəcək”.

Türkiyə lideri həmçinin bütün ölkələrin “İsrailin Qəzza zolağında soyqırım cəhdinin qarşısının alınması” öhdəliyi götürməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, Türkiyə bütün münaqişələr kontekstində sülhün tərəfdarıdır və nizamlanmasına kömək etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.