Cəlilabadda iki avtomobil toqquşub, yaralılar var - FOTO

Cəlilabadda iki avtomobil toqquşub, yaralılar var - FOTO

Cəlilabad rayonunda baş verən qəzada xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb. VAZ-21011 markalı minik avtomobili ilə "Chevrolet Cruz" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.