Hakan Fidan Ermənistan XİN başçısı ilə görüşüb

Hakan Fidan Ermənistan XİN başçısı ilə görüşüb

Antalyada keçirilən diplomatik forum çərçivəsində Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan arasında görüş keçirilib.

APA xəbər verir ki, görüş zamanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib.

Tərəflər münasibətlərin tam nizamlanmasına nail olmağa hazır olduqlarını təsdiqləyib.

Diplomatlar bu istiqamətdə konkret addımlar barədə fikir mübadiləsi aparıblar.